Azərbaycan millisinin İsveç sınağı
UEFA
19.11.2024 09:25
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
TodayPress xəbər verir ki, komanda C Liqasının I qrupunun VI turunda Solna şəhərində İsveç yığması ilə qarşılaşacaq.
Millinin baş məşqçisi Fernandu Santuş oyundan öncə baş tutan mətbuat konfransında onları çətin qarşılaşma gözlədiyini bildirib:
“Əlbəttə ki, hər oyuna qələbə istəyi ilə çıxırıq. Son 3 matçda nəticə qazana bilməsək də, yığma məzmunlu oyun nümayiş etdirdi. Millimizin oyunları göstərir ki, doğru yoldayıq. İsveçlə görüşdə müdafiə olunmaq barədə yox, hücum etməyi düşünürük.
Cüzi də olsa, şans varsa, biz bunun uğrunda mübarizə aparmalıyıq. Heç kim görüşdən əvvəl məğlub olmur. İsveç komandası keyfiyyətli futbolçulardan təşkil olunub. Özümüzə inanmalyıq və çalışmalıyıq ki, uğurlu nəticə qazanaq”.
Qarşılaşmanı Polşadan olan FIFA referisi Pavel Raçkovski idarə edəcək.
Qeyd edək ki, Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.
Namiq HUN
tag: UEFA, Azərbaycan, Milli, İsveç, FIFA, todaypress.az,