Azərbaycan millisi Estoniyaya qarşı
UEFA
16.11.2024 09:18
Bu gün Azərbaycan yığma komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
TodayPress xəbər verir ki, millimiz Qəbələdə Estoniya yığması ilə qarşılaşacaq.
Ən zəiflərin yer aldığı D liqasına düşməmək üçün V turda millimiz mütləq Estoniyaya qalib gəlməlidir. Qrupda rəqibi geridə qoymaq üçün Fernandu Santuşun komandası minimum 2 top fərqi ilə üstün olmalıdır.
Tallində millimiz üzərində 3:1 hesablı qələbə qazanan estonlar 3 xalla üçüncüdürlər.
Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Estoniya matçı saat 18:00-da başlayacaq.
Namiq HUN
tag: Azərbaycan, Milli, Estoniya, Qələbə, Matç, todaypress.az,