Azərbaycan millisi Estoniyaya qarşı

UEFA

11.10.2024 09:56

UEFA Millətlər Liqasında III turun oyunları keçirilir.

TodayPress xəbər verir ki, C Liqasının I qrupunda yer alan Azərbaycan millisi bu gün növbəti matçına çıxacaq.

Fernandu Santuşun komandası səfərdə Estoniya ilə qarşılaşacaq. 

Qrupda keçirdiyi hər iki oyunda uduzan millimiz III turda ilk xal və ya xallarını qazanmağa çalışacaq.

Estoniya - Azərbaycan matçını irlandiyalı referi Rob Harvey idarə edəcək. 

Tallinin "Lilleküla" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Namiq HUN

tag: UEFA ,Yığma,C Liqası,Azərbaycan ,Fernandu Santuş,Estoniya ,Lilleküla,todaypress.az,