Azərbaycan - Estoniya oyununun hakimləri açıqlandı

UEFA

13.11.2024 11:50

Azərbaycan milli komandasının Estoniya yığması ilə Qəbələdə keçirəcəyi UEFA Milətlər Liqasının V tur oyununun hakim təyinatları açıqlanıb.

TodayPress xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimimi John Beaton olacaq. 

Ona laysmanlar Daniel McFarlane və David McGeachie kömək edəcəklər. 

Dördüncü hakim funksiyasını Matthew MacDermid yerinə yetirəcək. 

Qeyd edək ki, Azərbaycan yığma komandası C liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya seçməsini qəbul edəcək. 

Namiq HUN

tag: Azərbaycan, Estoniya,Daniel McFarlane, Liqa, UEFA, todaypress.az,