Azərbaycan çempionunun mövqeyi dəyişdi
UEFA
09.11.2024 14:10
“Qarabağ” klubu UEFA reytinqində geriləyib.
TodayPress xəbər verir ki, avrokubok oyunları dəyişikliklərə səbəb olub.
Norveçdə “Bodo Qlimt”ə (2:1) qalib gələn “Qarabağ” 61-ci pillədə qərarlaşıb.
Azərbaycan çempionunun hesabında 32,000 xal var. “Qarabağ”ın xallarının artmaması Liqa mərhələsində zəruri olan göstəriciyə çatmamağı ilə bağlıdır. Qələbəyə görə 2 xal prinsipi ilə 3 xal topladıqdan sonra hesabı artırmaq mümkündür. Bir qələbəsi olan “Qarabağ” yalnız növbəti qələbə ilə aktivini artıracaq.
Ötən ay 58-ci yerə şərik olan “Qarabağ” üç addım geriləyib. “Qalatasaray”, “Ferentsvaroş” və “Seltik” klubları Ağdam təmsilçisini üstələyib.
Amma “Qarabağ” yeni reytinqdə Avropanın “Aston Villa”, “Lion”, “Sparta”, “Viktoriya” və “Frayburq” kimi komandalarını qabaqlayır.
Namiq HUN
tag: UEFA, Qarabağ, UEFA reytinqi, Futbol, İdman, todaypress.az,