Azarkeşlərin davranışı SFA-ya 173 min avroya başa gəldi

UEFA

14.12.2024 13:08

Serbiya Futbol Assosiasiyası (SFA) UEFA Millətlər Liqasının oyunlarında azarkeşlərin davranışına görə cəzalandırılıb.

TodayPress xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı Serbiya millisinin İsveçrə və Danimarka ilə oyunlarında azarkeşlərin hərəkətlərində pozuntular müəyyən edib.

İsveçrənin Sürix şəhərində keçirilən oyun zamanı azarkeşlər pirotexniki vasitələrdən istifadə edib, meydana əşyalar atıb, “irqçi və yaxud ayrı-seçkilik davranışı” nümayiş etdirib, stadiona və obyektlərə ziyan vurublar. Həmçinin İsveçrədə keçirilən oyun zamanı serb azarkeşlər Albaniya bayrağını yandırmağa cəhd ediblər. 

Serbiyanın Danimarka ilə oyunu zamanı da “irqçi və yaxud ayrı-seçkilik davranışı” və pirotexniki vasitələrdən istifadə faktları aşkarlanıb.UEFA Serbiya Futbol Assosiasiyasını ümumilikdə 173 min avro məbləğində cərimələyib. 

Millinin növbəti ev oyununda tribuna qismən bağlı olacaq, iki səfər matçı isə serb azarkeşlərsiz keçiriləcək.

Namiq HUN

tag: Azərkeş ,İrqçi ,UEFA, Serbiya, todaypress.az,