Avropa nəhənglərinin səfər qarşılaşması

UEFA

02.10.2024 10:28

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna yekun vurulacaq.

TodayPress xəbər verir ki, turun ikinci oyun günündə daha 9 matç baş tutacaq.

İlk turdan sonra Liqa mərhələsində liderliyi ələ alan “Bavariya” Birminhemdə “Aston Villa”nın qonağı olacaq. 

Turnirin son qalibi “Real Madrid” isə uğurlu startın davamını Fransanda “Lill”lə görüşdə gətirməyə çalışacaq. 

Bundan başqa Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Jirona” “Feyenoord”la, “Şaxtyor” “Atalanta” ilə, “Benfika” “Atletiko”, “Dinamo” Zaqreb “Monako” ilə, “Liverpul” “Bolonya”, 

“Leypsiq” “Yuventus”la, “Şturm” isə “Brügge” ilə qarşılaşacaq.

Namiq HUN

tag: UEFA ,Liverpul, Atalanta ,Atletiko, Dinamo ,todaypress.az,