Avropa Liqası: “Qarabağ” səfərdə “Elfsborq”a məğlub oldu

UEFA

13.12.2024 01:59

"Qarabağ" UEFA Avropa Liqasında İsveçin "Elfsborq" klubuna məğlub olub.

TodayPress-in məlumatına görə, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.

"Buros Arena"da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.

 

tag: Qarabağ, UEFA, İsveç, Avropa Liqası, Elfsborq, Liqa, todaypress.az,