Avropa Liqası: İki yarımfinalçı İngiltərə komandası oldu

UEFA

18.04.2025 09:44

26

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.   

TodayPress xəbər verir ki, mərkəzi qarşılaşmalardan biri Almaniyada baş tutub. 

“Ayntraxt Frankfurt” – “Tottenhem” matçının taleyini bir qol həll edib.

İngiltərə təmsilçisinin hücumçusu Solanke komandasına qələbə qazandıran topu vurub. Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatdığından, bu nəticə ilə "Tottenhem" növbəti mərhələyə keçib. 

Turun digər mərkəzi görüşü isə Mançesterdə oynanılıb. “Mançester Yunayted” – “Lion” matçının əsas vaxtı ilk qarşılaşmada olduğu kimi 2:2 hesabı ilə başa çatıb.

Yarımfinalçını müəyyən etməkdən ötrü təyin edilmiş əlavə vaxtdan “qırmızı şeytanlar” qalib ayrılıblar 5:4. 

Bu mərhələnin digər görüşlərində “Atletik” Bilbaoda “Reyncers”ə 2:0 hesablı qalib gələrək mərhələ adlayıb. 

“Latsio” isə “Bodo Qlimt”dən məğlubiyyətin revanşını alaraq (2:0) oyunu əlavə vaxta daşıyıb.

Sonda cütün qalibi penalti seriyasında müəyyənləşib. Romalılar 2:3 hesabı ilə uduzaraq, yarımfinaldan kənarda qalıblar.   

Namiq HUN

tag: UEFA,Liqa,Futbol,Klub,Todaypress.az,