Avropa çempionundan çətin qələbə
UEFA
19.11.2024 09:02
UEFA Millətlər Liqasının VI turunun ikinci oyun günündə 9 matç keçirilib.
TodayPress xəbər verir ki, 5 qrupu əhatə edən qarşılaşmalarda maraqlı nəticələr qeydə alınıb.
A liqasında qrup lideri İspaniya millisi İsveçrəni çətinliklə məğlub edib. Avropa çempionlarının heyətində Santa Kruz de Tenerife qarşılaşmasının son dəqiqələrində Brayan Saraqosa penaltidən qələbə topunu vurub 3:2.
Qrup qalibi adını təmin edən Portuqaliya millisi isə Xorvatiya yığması ilə xalları yarıya bölüb 1:1.
Millətlər Liqasında VI turun digər görüşlərində Kosovo evdə Litvaya (1:0), Rumıniya Kiprə (4:1) qalib gəlib.
Şotlandiya millisi səfərdə Polşanı (2:1), San Marino isə Lixtenşteyni (3:1) məğlub edib.
Serbiya – Danimarka (0:0), Bolqarıstan – Belarus (1:1) və Lüksemburq - Şimali İrlandiya (2:2) matçlarında qalib məlum olmayıb.
Namiq HUN
tag: UEFA, Liqa, Rumıniya, Kosovo, Litva, todaypress.az,