"Atletiko"nun prezidenti UEFA-nı tənqid etdi
Madrid
"Atletiko"sunun prezidenti Enriko Sereso UEFA-nı tənqid edib.
TodayPress idman.biz-ə istinadən xəbər verir ki, o, COPE radiosuna
müsahibəsində qurumun işindən narazı olduğunu deyib.
"Siz
UEFA-nın və digər idman qurumlarının necə işlədiyini bilirsiniz. Nəticədə oyun
bitdiksən sonra hər şey olduğu kimi qalır və heç kim matçı yenidən keçirmir.
Bildiyim qədər də heç vaxt oyun təkrarlanmayıb. Biz öz gücümüz daxilində etiraz
edir, müzakirələr aparır və bacardığımız edirik, amma nəticə dəyişməz qalır".
Qeyd edək ki,
Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atletiko" -
"Real" cavab matçında penalti seriyası zaman hakim Xulian Alvaresin
topa iki dəfə toxunduğunu əsas gətirərək, qolu ləğv edib. Bundan sonra
"Atletiko" UEFA-ya şikayət məktubu ünvanlayıb.
tag: UEFA, Enriko , Madrid, Atletiko, todaypress.az,