“Aston Villa” tarixi göstəricini təkrarladı

UEFA

28.11.2024 16:14

“Aston Villa” klubu 1999-cu ildən bəri Çempionlar Liqasının ilk üç ev oyununda top buraxmayan ilk komanda olub.

TodayPress xəbər verir ki, Birmingem təmsilçisi buna Liqa mərhələsinin V turunda “Yuventus”la qolsuz heç-heçə etməklə nail olub.

Bundan əvvəl “Aston Villa” evdə “Bavariya” (1:0) və “Bolonya”ya (2:0) qalib gəlib.

Qeyd edək ki, bu uğura sonuncu dəfə 1999-cu ildə “Çelsi” klubu imza atıb.

Namiq HUN

tag: Aston Villa, Liqa, Yuventus, Bavariya, Çelsi,todaypress.az,