“Arsenal” Londonda, “İnter” isə Münhendə qalib gəldi

UEFA

09.04.2025 09:39

18

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi start götürüb.   

TodayPress xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.   

“Real Madrid” səfərdə “Arsenal”ın qonağı olub. London qarşılaşmasının birinci hissəsində hesab açılmayıb.

Fasilədən sonra “topçular” “kral klubu”nun torunu 3 dəfə silkələyiblər. Deklan Raysın dubl etdiyi oyunda, Mikel Merino matçın nəticəsini müəyyən edib 3:0.   

“Bavariya” doğma meydanda “İnter”lə üz-üzə gəlib.

Milan təmsilçisi ilk hissəni Lautaro Martinesin qolu ilə qazanıb.

Fasilədən sonra münhenlilər Tomas Müller ilə  bərabərlik qolunu vurublar.

Amma matçın başa çatmasına 2 dəqiqə qalmış Fratezzi fərqlənərək “İnter”ə səfərdə 2:1 hesablı qələbə qazandırıb.   

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına aprelin 9-da keçiriləcək iki görüşlə yekun vurulacaq.   

Namiq HUN

tag: Arsenal,Real MAdrid,İnter,UEFA,Todaypress.az,