Arne Slotdan unikal nailiyyət
UEFA
24.10.2024 11:07
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turu çərçivəsində “Liverpul” səfərdə “Leypsiq”i məğlub edib.
TodayPress “Opta”ya istinadən xəbər verir ki, qələbə sayəsində mersisaydlıların baş məşqçisi Arne Slot adını İngiltərə futbolu tarixinə yazdırıb.
2024-cü ilin yayından “Liverpul”u çalışdıran niderlandlı mütəxəssis İngiltərə futbolunun yüksək divizionu tarixində komandaya rəhbərlik etdiyi bütün yarışlarda keçirdiyi ilk 12 matçda 11 qələbə qazanan ilk məşqçi olub.
Namiq HUN
tag: Liverpul, İngiltərə, Qələbə,Arne Slot, UEFA, todaypress.az,