Andrey Şevçenko UEFA-nı ittiham etdi
UEFA
İcraiyyə Komitəsinə seçkilərdə qalib gələ bilməyən Andrey Şevçenko sözügedən
qurumu ukraynalıları siyasi səbəbdən rəhbərlikdə görmək istəməməkdə ittiham
edib.
TodayPress
xəbər
verir ki, sabiq hücumçunun sözlərini hazırda prezidenti olduğu Ukrayna Futbol
Assosiasiyasının rəsmi saytı belə çatdırıb:
"UEFA-nın
İcraiyyə Komitəsində yer uğrunda mübarizə zamanı həmkarlarımdan böyük dəstək
gördüm. Ömrüm və karyeram boyu idman prisniplərinə sadiq olmuşam. Şəffaf,
düzgün və açıq mübarizə aparmağa adət etmişəm. Mən futbol camiəsindənəm və
futboldan danışıram. Amma təəssüf ki, son günlərdə siyasi səbəblərdən Ukraynanı
və şəxsən məni UEFA rəhbərliyində görmək istəmədikləri ilə bağlı siqnallar
aldıq. Bu, sonradan konqressin özündəki hadisələrlə təsdiqini tapdı. Mənə və
Ukraynaya səs verən milli assosiasiyalara təşəkkürümü çatdırıram. Bu səsvermə
bir namizəd olaraq yalnız mənim yox, bütün ölkəmiz üçün idi. Mövqeyimizi
dəyişməyəcək, futbolumuzda islahatlara davam edəcəyik. Eyni zamanda, ölkəmizin
və futbolumuzun xeyrinə beynəlxalq əlaqələrimizin inkişafına çalışacağıq".
tag: UEFA,Andrey Şevçenko, Futbol, İttiham,todaypress.az,