AL: Türk futbolunun bəxtsiz günü

UEFA

04.10.2024 09:06

UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunun oyunları keçirilib.

TodayPress xəbər verir ki, eyni gündə baş tutan turda 18 cüt bəxtini sınayıb. 

Azərbaycan çempionu “Qarabağ” evdə “Malmö”nü sınağa çəkib. “Köhlən atlar” meydanı məğlub durumda tərk ediblər 1:2.

Bəxt Avropanın nüfuzuna görə ikinci turnirində yer alan Türkiyə təmsilçilərinin də üzünə gülməyib. “Qalatasaray” Latviyada RFS-lə, “Fənərbağça” isə Niderlandda “Tvente” ilə qarşılaşmada xal itirib.

“Aslanlar” Dris Mertens və Yunus Akgünün qolları ilə 2 top fərqiylə hesabda üstün olmalarına rəğmən qələbəni əldən veriblər 2:2. 

“Fənərbağça”nı isə Duşan Tadiç məğlubiyyətdən qurtarıb 1:1. 

“Beşiktaş” öz meydanında “Ayntraxt”a uduzub. Frankfurt təmsilçisi ilə qarşılaşmada üç dəfə oyuna mərkəzdən başlayan “qara qartallar”ın təsəlli qolunu Masuaku vurub 1:3.     

Avropa Liqasının Liqa mərhələsinin II turunun digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb: 

“Ferentsvaroş” – “Tottenhem” - 1:2

“Makkabi” Təl-Əviv – “Midtulland” - 0:2

“Olimpiakos” – “Braqa” - 3:0

“Real Sosyedad” – “Anderlext” - 1:2

“Latsio” – “Nitsa” - 4:1

“Reyncers” – “Lion” - 1:4

“Slaviya” – “Ayaks” - 1:1

“Hoffenhaym” – “Dinamo” K - 2:0

“Atletik” – “ AZ Alkmaar” - 2:0

“Porto” – “Mançester Yunayted” - 3:3

“Elfsborq” – “Roma” - 1:0

  PAOK - FCSB - 0:1

“Union Sent Jiloaz” – “Bodo Qlimt” - 0:0

“Viktoriya” – “Lüdoqorets” - 0:0

Qeyd edək ki, III turun görüşləri oktyabrın 23-24-də keçiriləcək.

Namiq HUN

tag: Liqa, UEFA ,Azərbaycan ,Avropa ,Qalatasaray ,Tvente ,Latviya ,todaypress.az,