AL: “Tottenhem” və “Mançester Yunayted” finala yüksəldilər
UEFA Avropa Liqasında (AL) finalçılar məlum olub.
TodayPress xəbər verir ki, mayın 21-də baş tutacaq həlledici Bilbao qarşılaşmasına İngiltərənin iki klubu vəsiqə qazanıb.
Liqa mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan “Bodo-Qlimt” və “Tottenhem” komandaları yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində Norveçdə üz-üzə gəliblər.
Ilk oyunda 3:1 hesablı qələbə qazanan ingilislər, səfər qarşılaşmasında da rəqibdən üstün olublar.
Görüş “Tottenhem” 2:0 hesablı qələbəsi ilə başa çatıb. London təmsilçisinin heyətində Solanke və Porro fərqlənib.
Digər yarımfinal matçında “Mançester Yunayted” “Old Trafford”da “Atletik”i qəbul edib.
Qonaq komanda erkən qol vursa da, “qırmızı şeytanlar” 4 cavabsız qolla cütün taleyini həll ediblər.
Mançester təmsilçisinin heyətində Maunt dubl edib, Kazemiro və Hoylund isə hərəyə bir dəfə fərqləniblər.
Namiq HUN
tag: Tottenhem,Mançester Yunayted,Final,UEFA,Todaypress.az,