AL: “Qarabağ” “Malmö”yə qarşı

UEFA

03.10.2024 11:10

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində II turun oyunları keçiriləcək. 

TodayPress xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” öz meydanında İsveç çempionu “Malmö”nü qəbul edəcək. 

İlk turdan sonra komandaların hər ikisi xalsızdır. Ağdam klubu ötən tur səfərdə “Tottenhem”ə (0:3), “Malmö” isə öz meydanında “Reyncers”ə uduzub (0:2). 

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Yunanıstandan olan FIFA referisi Anastasios Papapetru idarə edəcək. 

Matçın start fiti saat 20:45-də səslənəcək.

Namiq HUN

tag: Avropa Liqası, UEFA ,Malmö ,Reyncers ,Tofiq Bəhrəmov ,FIFA ,todaypress.az,