AL: “Qarabağ” “Malmö” ilə bacarmadı - YENİLƏNDİ
UEFA
03.10.2024 22:55
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.
TodayPress xəbər verir ki, Ağdam klubu Avropa
Liqasında Liqa mərhələsinin II turunda İsveç “Malmö”si ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın birinci hissəsi komandamızın üstünlüyü ilə keçib.
15-ci dəqiqədə Abdullah Zubirin ötürməsindən sonra sol cinahda rəqib müdafiəçidən sıyrılan Olavio Juninyo “Qarabağ”ı hesabda irəli çıxarıb 1:0.
Oyunda hesab bir daha 19-cu dəqiqədə dəyişib. Erik Botheim “Malmö”nin ilk hücumunu qola çevirərək oyunda hesabı bərabərləşdirib 1:1.
Matçın 42-ci dəqiqəsində “Malmö” hesabda önə çıxa bilərdi. İsaak Kiese Telinlə təkbətək qalan Fabian Buntiç qola izn verməyib.
Birinci hissə elə 1:1 hesabı ilə başa çatıb.
İkinci hissəyə aktiv başlayan “Malmö”nin ilk hücumu
qolla nəticələnib. 47-ci dəqiqədə Erik Botheim oyunda dubl edərək komandasını
hesabda irəli çıxarıb 2:1.
Botheim 54-cü dəqiqədə oyunda het-trik edə bilərdi. Bu dəfə Fabian Buntiç onun zərbəsinin qarşısını ala bilib.
Top tordan bir daha 59-cu dəqiqədə keçib. Abbas Hüseynov - Olavio Juninyo gedişindən sonra top Yohan Dahlinin torunu silkələsə də, referi Anastasios Papapetru qolun ofsayddan vurulduğuna işarə edib.
Yunanıstanlı hakim oyunda ilk sarı vərəqəni 72-ci dəqiqədə göstərib. Marko Yankoviçə qarşı kobud oyuna görə Uqo Bohlin cəzalandırılıb.
“Qarabağ” 84-cü dəqiqədə bərabərlik qolunu vura bilərdi. Abdullah Zubirin zərbəsindən sonra top dirəkdən qayıtdı.
Yekun nəticədə “Qarabağ” – “Malmö” qarşılaşması elə
İsveç təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 24-də keçirəcək. Azərbaycan çempionu III turda Niderland təmsilçisi “Ayaks”ı qəbul edəcək.
***
21:39
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok
oyununu keçirir.
TodayPress xəbər verir ki, Ağdam klubu Avropa
Liqasında Liqa mərhələsinin II turunun matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri İsveç “Malmö”sü ilə
qarşılaşır. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın
birinci hissəsi komandamızın üstünlüyü ilə keçib. 15-ci dəqiqədə Abdullah
Zubirin ötürməsindən sonra sol cinahda rəqib müdafiəçidən sıyrılan Olavio Juninyo “Qarabağ”ı hesabda irəli
çıxarıb 1:0. Oyunda hesab bir daha 19-cu dəqiqədə dəyişib. Erik Botheim
“Malmö”nin ilk hücumunu qola çevirərək oyunda hesabı bərabərləşdirib 1:1.
Matçın 42-ci dəqiqəsində “Malmö” hesabda önə çıxacaqdı. İsaak Kiese Telinlə təkbətək
qalan Fabian Buntiç qola izn vermədi. Birinci hissə elə 1:1 hesabı ilə başa
çatdı.
Namiq HUN
tag: Qarabağ, Malmö,Ağdam, İdman, Futbol, todaypress.az,