AL: “Fənərbağça” qalib gəldi, "Qalatasaray" uduzdu

UEFA

14.02.2025 09:05

UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.   

TodayPress xəbər verir ki, ilk oyunlar çərçivəsində Türkiyə klubları da meydana çıxıb.  “Fənərbağça” İstanbulda Belçikanın “Anderlext” klubunu qəbul edib.  Joze Mourinyonun komandası Brüssel təmsilçisinin qapısından 3 cavabsız top keçirib. “Fənərbağça” ilk yarını Duşan Tadiç və Edin Cekonun qolları ilə qazanıb. Fasilədən sonra isə Yussef Ən-Neseri “Anderlext”in darmadağınını rəsmiləşdirib.     

“Qalatasaray” Niderlandda “AZ Alkmaar”ın qonağı olub. 1:4 hesabı ilə uduzan Türkiyə çempionu işini çətinə salıb. 

Avropa Liqası 

Pley-off mərhələsi, ilk oyunlar   

“Fənərbağça” – “Anderlext” - 3:0

“Ferentsvaroş” – “Viktoriya” - 1:0

“Yunion” – “Ayaks” - 0:2

“Midtyulland” – “Real Sosyedad” - 1:2

“AZ Alkmaar” – “Qalatasaray” - 4:1

“Tvente” – “Bodo Qlimt” - 2:1

PAOK - FCSB - 1:2

“Porto” – “Roma” - 1:1   

Qeyd edək ki, UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.   

Namiq HUN

tag: UEFA,Fənərbağça, Türkiyə, Liqa,Joze Mourinyo,Todaypress.az,