Aktürkoğlu ÇL-in bombardirləri siyahısındadır

UEFA

24.10.2024 10:00

Türkiyə milli komandasının və “Benfika” klubunun futbolçusu Kerem Aktürkoğlu Çempionlar Liqasında növbəti qolunu vurub.

TodayPress xəbər verir ki, Liqa mərhələsinin III turunun “Feyenoord”a qarşı matçında “Benfika”nın vingeri fərqlənməyi bacarıb. Niderland təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Aktürkoğlu Lissabon təmsilçisinin yeganə qolunun müəllifi olub. 

Hazırda Keremin hesabında 3 qol var. Bu nəticə ilə o, ÇL-in bombardirlər siyahısında üçüncü yeri bölüşdürür. 

Xatırladaq ki, Aktürkoğlu “Srvena Zvezda” və “Atletiko” Madridlə matçlarda da bir qol vurmağı bacarıb.

Namiq HUN

tag: Türkiyə, Benfika, Çempionlar, Kerem, Madrid, todaypress.az,