Ağayev A Liqasının oyununu idarə edəcək

UEFA

16.11.2024 11:18

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

TodayPress xəbər verir ki, Ağayev UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupu çərçivəsində noyabrın 19-da keçiriləcək VI turun Bosniya və Herseqovina - Niderland oyununun baş hakimi olacaq. 

Ona laysmanlar Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. 

Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Namiq HUN

tag: FIFA, Əliyar Ağayev, UEFA, Zeynal Zeynalov , Liqa, todaypress.az,