“Utair” Moskvadan Lənkərana uçuşlara başlayır

Turizm

07.06.2024 10:46

İyunun 22-dən Rusiyanın “Utair” aviaşirkəti paytaxt Moskvadan Azərbaycanın Lənkəran şəhərinə uçuşlara başlayacaq.

TodayPress bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, aviareyslər həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək. Uçuş müddəti 3 saat 40 dəqiqədir.

Bu “Utair” üçün yeni istiqamətdir. Aviaşirkət bu ay xarici marşrutlar şəbəkəsinə Bakı (Azərbaycan), Antalya (Türkiyə), Səmərqənd (Özbəkistan), İrəvan (Ermənistan) və digər istiqamətləri də əlavə etməyi planlaşdırır. (report.az)

tag: Utair, Moskva, Lənkəran, Uçuş, todaypress.az,