Novruzda hara gedək? – Mütəxəssis DANIŞIR

Turizm

15.03.2025 12:55

2490

Səyahət etməyi sevən insanların əksəriyyəti erkən rezervasiyaya üz tuturlar. Əvvəlcədən planlaşdırılan səyahətlər həm qiymət baxımından sərfəli olur, həm də daha yaxşı seçim imkanları yaradır. 

Turizm agentliyinin meneceri Kənan Əzimzadə TodayPress-ə açıqlamasında erkən rezervasiyanın üstünlüklərindən danışıb. 

Onun sözlərinə görə, bu, müştərilərə daha münasib qiymətlərlə tur əldə etməyə imkan verir:

“Bu zaman həm turların qiymətləri daha uyğun olur, həm də məkanlar daha əlverişli şəkildə seçilə bilir. Misir, Doha və Şri-Lanka kimi istiqamətlər populyar "qaynar turlar" arasında xüsusi yer alır. Tələbatın yüksək olduğu bu ölkələrdə qiymətlər çox sərfəlidir. İnsanlar səyahət zamanı həm qrup turu, həm də fərdi paketlərə üstünlük verir”.

Turizmçi əlavə edib ki, fərdi turlar daha çox sərbəstlik və rahatlıq təmin edir. Bu seçim zamanı səyahətçilər özünə uyğun plan qura, istədikləri yerləri seçə bilərlər:

“Bir az daha sərbəstlik istəyənlər üçün fərdi paketlər idealdır. Müştəri büdcəsini və səyahət edəcək insan sayını bizə bildirir. Biz də ona uyğun, məsələn, iki nəfərlik, beş gecə-altı günlük və ya səkkiz gün-yeddi gecəlik, transfer, sığorta, əl yükü və baqaj daxil olmaqla paketlər hazırlayırıq”.

Kənan Əzimzadə qeyd edib ki, Novruz tətillərində Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Misir, Şarm Əl-Şeyx, Maldiv və Bali adalarına üz tutanların sayında çoxluq müşahidə olunur.

Türkan İsgəndərli

tag: Kənan Əzimzadə,Turizm,Novruz,İstirahət,Todaypress.az,