Daşkənddən Bakıya uçuşların sayı artırılır
Turizm
15.02.2025 17:30
Bu ilin aprel ayından “Uzbekistan Airways” şirkəti Daşkənddən Bakıya və əks istiqamətdə uçuşların sayını həftədə 4 dəfəyə çatdıracaq.
TodayPress xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
"Hazırda Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir. Apreldən həftəlik uçuşların sayı həftədə 4 dəfə olacaq" deyə məlumatda qeyd olunub.
tag: Uzbekistan Airways,Daşkənd,Bakı,Uçuş ,todaypress.az,