Azərbaycandan turist axını 4 %-dən çox artdı

Turizm

25.02.2025 13:30

1905

Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % artaraq 154,1 min nəfər olub.

TodayPress xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki, vətəndaşların 36,1 %-i Türkiyəyə, 15,4 %-i Rusiyaya, 11,7 %-i Gürcüstana, 10,7 %-i İrana, 26,1 %-i digər ölkələrə səfər edib, 67,1 %-ni kişilər, 32,9 %-ni qadınlar təşkil edib. 

Son 1 ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 36,5 %, Gürcüstana gedənlərin sayı 15,1 %, Türkiyəyə gedənlərin sayı 2,9 % artıb, Rusiyaya gedənlərin sayı isə 27,3 % azalıb.

Xarici ölkələrə səfər edənlərin 67,7 %-i hava, 29,8 %-i dəmir yolu və avtomobil, 2,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.

tag: Azərbaycan,Turist,Dövlət Statistika Komitəsi,Turizm,todaypress.az,