AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir
"Azərbaycanın Hava Yolları"
QSC (AZAL) 15 iyundan etibarən Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri
arasında yerləşən Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata
keçirəcək.
Bu barədə TodayPress-ə AZAL-dan
bildirilib.
Bu marşrut üzrə uçuşlar həftədə 2 dəfə —
cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni reys sərnişinlərə həm
Adana, həm də qonşu Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət
imkanı yaradacaq.
Aviabiletləri rəsmi www.azal.az saytından,
aviaşirkətin mobil tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassalarından və
akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
tag: AZAL,Bakı, Türkiyə, Adana, Mersin, Azərbaycan Hava Yolları, todaypress.az,