Zelenskinin UTOPİYASI: “Qələbə Planı”nından III Dünya müharibəsinə gedən yol - ŞƏRH
Təhlil
18.10.2024 14:55
“Zelenskinin təklif etdiyi “Qələbə planı” utopikdir”.
Analitik Həşim Səbrablı bunu Ukrayna prezidenti Volodimir Zeleskinin “Qələbə planı”nı TodayPress-ə şərh edərkən bildirib. Onun sözlərinə görə, Zelenskinin plana daxil etdiyi məsələlər birbaşa Kiyevin Avropaya diktəsi kimi qiymətləndirilə bilər:
“Əlbəttə, Avropa tərəfi asanlıqla bu şərtləri qəbul etməyəcək. Amma bu məsələyə Kiyevin nöqteyi-nəzərindən yanaşsaq, Ukrayna NATO-ya üzv olsa, Rusiya ona qarşı təcavüzkar siyasətini müəyyən səviyyədə yumşaltmağa məcbur olacaq. Bu, birbaşa Rusiya-NATO münaqişəsinə gətirib çıxaracaq. Belə olduğu halda isə Ukrayna artıq Rusiya ilə təkbaşına deyil, NATO müstəvisində mübarizə aparacaq. Rusiyadan neft-qaz ixracının məhdudlaşdırılması məsələsinə gəlincə, bu qərar Avropa dövlətləri tərəfindən yekdilliklə qəbul edilməyəcək. Yalnız bir-iki dövlət buna razı ola bilər”.
H.Səhrablının sözlərinə görə, bu plan Ali Rada tərəfindən təsdiqlənib, Qərb dövlətlərinə göndəriləcək. Bu səbəbdən də Ukrayna xalqının bu barədə nə düşündüyü ikinci dərəcəli məsələ sayılır. Siyasi şərhçi hesab edir ki, “Qələbə planı” Ukraynanı Üçüncü Dünya müharibəsinə aparmayacaq. Çünki Ukrayna artıq söz sahibinə malik olan ölkə deyil, qurban mövqeyindədir. Üçüncü Dünya müharibəsinin başlanmasına qərar verəcək əsas tərəflər isə Qərb və Rusiyadır:
“Sülhlə bağlı heç bir addım atılmadığı halda Ukrayna daxilində narazılıqlar artacaq. Bu da Ukraynadakı vəziyyəti daha da gəginləşdirəcək. Çünki Ukraynanın həm canlı qüvvə, həm maddi-texniki baxımından itkiləri artır. Digər tərəfdən Zelenskinin bugünədək irəli sürdüyü təkliflərin nə Qərbdə, nədəki Şərqdə ciddi qəbul edilməməsi, onun nüfuzuna xələl gətirir”.
Yerigəlmişkən Macarıstanın baş naziri Viktor Orban da Zelenskinin “Qələbə Planı”ndan danışıb. O, qeyd edib ki, irəli sürülən təklif Avropa İttifaqı və Zelenskinin məğlubiyyətinə gətirib çıxaracaq.
Qeyd edək ki, planda Ukraynanın dərhal NATO üzvlüyünə dəvət edilməsi, ölkənin müdafiə sənayesi sahəsində istehsalın genişləndirilməsi, Ukrayna ərazisində qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi, Rusiya neftinin idxalının məhdudlaşdırılması və müharibədən sonra ölkədə peşəkar hərbçilərdən ibarət ordunun formalaşdırılması əks olunub.
Günəş Mərd
tag: Ukrayna, NATO, Zelenski, Ali Rada, Avropa, todaypress.az,