“Xocalıya qayıtdığımız kimi, Qərbi Azərbaycana da qayıdacağıq”

Təhlil

26.02.2025 13:14

1094

“İndi Xocalıya qayıtdığımız kimi, yaxın gələcəkdə Qərbi Azərbaycana da qayıdacağıq”.

Milli Məclisin deputatı Hikmət Babaoğlu bunu TodayPress-ə danışarkən deyib. 

O, xatırladıb ki, Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır:   

“Erməni terrorçularının törətdikləri əməllər cavabsız qalmadı. Xocalıya qayıdış artıq başlayıb. Yerli sakinlər öz doğma yurdlarına qovuşurlar. Bu, Azərbaycan xalqının iradəsinin, əzminin təntənəsidir”. 

Millət vəkilinin sözlərinə görə, hazırkı tarixi mərhələdə milli vəzifəmiz eyni qayıdışı Qərbi Azərbaycanda da həyata keçirməkdir.     

“Əlbəttə ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin coğrafiyası olduqca böyükdür.  Qərbi Azərbaycanda da tarixin müxtəlif mərhələlərində xalqımıza qarşı çoxsaylı cinayətlər həyata keçirilib. Bütün bunlara baxmayaraq, biz Xocalıya qayıtdığımız kimi, bir gün Qərbi Azərbaycan torpaqlarına da ayaq basacağıq. Həmin torpaqlar bu gün Azərbaycanın inzibati, siyasi sərhədləri daxilində olmasa da, unutmaq lazım deyil ki, vətənin sərhədləri olmur”. 

Parlamentari bildirib ki, bu, Azərbaycan xalqının birlik və bərabərliyi, dövlətin gücü sayəsində tezliklə həyata keçəcək. Qərbi Azərbaycan öz doğmalarına qucaq açacaq. 

Töhfə Səməd

tag: Xocalı,Qərbi Azərbaycan,Hikmət Babaoğlu,Erməni ,todaypress.az,

photo