Ukraynada müharibənin açar nöqtəsi: Qərb alyansın məğlubiyyəti gözə alacaq? – ŞƏRH

Təhlil

17.02.2025 11:44

“Ukrayna ilə müharibənin bitirilməsində ən çox maraqlı tərəf kimi Rusiya görünür. Ukraynasız ABŞ ilə danışıqlar aparması Rusiyanın düşdüyü aciz durumun nəticəsidir”. 

 TodayPress xəbər verir ki, bu barədə politoloq Azər Qasımov bildirib. 

O qeyd edib ki, zəif hesab edilən Ukrayna Rusiyanın əksinə müharibənin onun maraqları çərçivəsindən kənar şərtlərlə dayandırılmasını istəmir. Bu da o deməkdir ki, Ukrayna öz gücünün konturlarını bilir və ona verilən dəstəyin davam edəcəyindən arxayındır: 

“Trampın yardımı dayandıracağı və Rusiyanın bundan sonra Ukraynanın daha çox ərazilərini işğal etməyə başlayacağı durumda üç illik yardım və itkilərin heç bir əhəmiyyəti qalmayacaq. İndiki şərtlərə nisbətən daha ağır məğlubiyyət hesab ediləcək. Burada həm ABŞ, həm də Avropa məğlub sayılacaq. Məsələnin açar nöqtəsi də budur: Qərb alyansın məğlubiyyəti gözə ala biləcəkmi? Rusiyanın daha güclü oyunçuya çevrilməsi gerçəyi ilə üz-üzə qalması durumunu özlərinə bağışlaya biləcəklərmi?”. 

Ekspert hesab edir ki, Zelenski danışıqlardan qəti şəkildə imtina etməklə hələ ən böyük “kozır”ını oynamayıb. Bu, onun yerinə danışıqlar aparanlar üçün əsl imtahan olacaq. İmtahandan çıxmağın yeganə yolu isə Ukraynaya hərtərəfli yardım edilməsindən keçəcək. 

Qiymət Mahir

tag: Ukrayna,ABŞ,Rusiya,Müharibə,Politoloq,Azər Qasımov,Todaypress.az,

photo