Trampın hiyləgər gedişi: İran Putinin sözünü yerə salacaq?

Təhlil

05.03.2025 16:05

1796

“ABŞ prezidenti Donald Tramp fevralın 12-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında “Bizimlə İran arasında vasitəçi olmanızı istəyirəm” sözlərini səsləndirməklə hiyləgər gediş edib. Putin isə Trampın təklifi ilə dərhal razılaşıb”.   

TodayPress xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” sosial şəbəkə hesabında yazıb.     

Analitik hesab edir ki,  Kreml sahibi bununla Vaşinqtonun həm Rusiyanın Ukrayna ilə müharibədə maraqlarını nəzərə alacağını, həm də yaxın gələcəkdə ABŞ-nin Rusiyaya qarşı sanksiyaları aradan qaldırılacağını düşünüb.    

“Tramp bunların hər ikisini bu və digər formada reallaşdıra bilər. Ancaq Tramp administrasiyasının əsas məqsədi Rusiyanı İranla vasitəçiliyə razı salmaqla Kreml-Tehran arasındakı ittifaqı zəiflətməkdir. Məsələ burasındadır ki, İranın mühafizəkar dairələri Trampla danışıqların əleyhinədir. İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei isə İran prezidenti Məsud Pezeşkiana Vaşinqtonla təmas qurmağı qadağan edib. Deməli, eyni məntiqlə mühafizəkarlar Kremlin vasitəçiliyini də qəbul etməyə bilərlər. Yəni Putinin sözünü yerə salacaqlar. Vaşinqtona da bu lazımdır” deyə o diqqətə çatdırıb.   

Qiymət Mahir

tag: Elxan Şahinoğlu,Tramp,Putin,Analitik,Todaypress.az,

photo