Tramp-Meloni görüşü: Ağ Ev rəhbəri münasibətləri niyə isti saxlamağa çalışır? – ŞƏRH
“ABŞ prezidenti Donald Tramp hazırda parçala və idarə et strategiyası ilə hərəkət edir”.
Beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Trampın İtaliya ilə yaxınlaşması və ölkəni Ağ Evin ən yaxın müttəfiqlərindən biri kimi qiymətləndirməsi başa düşüləndir. Çünki Avropa İttifaqının (Aİ) bir bütöv olaraq Trampa qarşı çıxa bilməməsi üçün o, ayrı - ayrı ittifaq üzvləri ilə münasibətləri isti saxlamağa çalışır.
“Burada diplomatik əlaqələrlə yanaşı, həm də həmin ölkələrlə ABŞ-nin ticari dövriyyəsinə də baxılacaq. Nəzərə almaq lazımdır ki, Aİ dövlətləri üçüncü ölkələrə qarşı vahid tarif və gömrük siyasətini həyata keçirməyə borcludur”.
Qeyd edək ki, aprelin 18-də İtaliyanın Baş naziri Ciorcia Meloni Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb. Ağ Ev lideri görüş zamanı bildirib ki, İtaliya ABŞ-nin Avropadakı ən yaxın müttəfiqlərindən biridir.
Töhfə Səməd
tag: Fərhad Mehdiyev,Politoloq,ABŞ,İtaliya,Todaypress.az,
