Tofiq Abbasov: “Bakı dünyanın enerji mərkəzlərindən biridir”
Təhlil
06.06.2024 13:28
“Bu tədbirin həm cari, həm gələcəyin çağırışları baxımından böyük önəmi var”.
Bu fikri politoloq Tofiq Abbasov Bakı Enerji Həftəsi ilə bağlı TodayPress-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda enerji dünyanı narahat edən üç vacib məsələdən biridir:
“Bu gün dünyanı ən çox qayğılandıran üç məsələ var. Onlardan biri təhlükəsizlik, ikincisi insanların rifahı, demokratik ruhda inkişafı, üçüncü isə enerji təminatıdır. Çünki gündən-günə enerjiyə tələbat artır. Bu sahədə böyük rəqabət var, hamı bir-birini üstələməyə çalışır. Rəqiblər bir çox hallarda üstünlük əldə etmək üçün qeyri-qanuni şəkildə hərəkət edib, təhlükəli mexanizmlərdən istifadə edirlər. Bütün bunların fonunda Bakı Enerji Həftəsində keçirilən tədbirlər, konfranslar, sərgilər ölkəmizin bu sahədə əldə etdiyi ən son nəaliyyətləri nümayiş etdirir”.
T.Abbasovun qənaətincə, Bakı Enerji Həftəsi digər tərəfdən həm də bütün iştirakçılara öz aralarında əməkdaşlıq qurmaq üçün imkanlar yaradır:
“Rəqabət və gərginlik azalır, həmkarlıq zəminində müxtəlif ölkələri təmsil edən mütəxəssislərin ortaq layihələr cizib, istifadəyə verməsinə fürsət yaranır. Bu tədbir həm də bir çoxlarına Azərbaycanın enerji sahəsində əldə etdiyi nəaliyyətlərindən bəhrələnmək imkanını artırır. İndi Bakı dünyada ən tanınan enerji mərkəzlərindən biridir. Hazırda işğaldan olunmuş ərazilərimizdə və Avropa ilə aramızda enerji strtategiyamızı həyata keçiririk. Artıq Avropanın həm qaz, həm neft, həm də yaşıl enerji təminatçısı Azərbaycan olacaq. Bu ixracatdan da böyük mənfəət əldə edə biləcəyik”.
Politoloq Tofiq Abbasov vurğuladı ki, COP29-a hazırlıq çərçivəsində Bakı Enerji Həftəsinin xüsusi yeri var.
Günəş Mərd
tag: Tofiq Abbasov, Bakı, Enerji, Politoloq, todaypress.az,