Tehrandan Moskvaya XƏBƏRDARLIQ: Rusiya İranın "qırmızı xətt"lərini keçəcək? - POLİTOLOQ AÇIQLAMASI

Təhlil

17.09.2024 16:17

“Tehranla Moskva arasındakı münasibətlərdə gərginlik aydın formada müşahidə edilir. İndiki situasiyada bunun səbəbkarı kimi İran görünür”.

Bu sözləri TodayPress-ə danışan politoloq Tural İsmayılov deyib. 

Onun sözlərinə görə, region ölkələri ilə də yaşanan gərginliklər, İranın tutduğu siyasi kursun nəticəsidir. Buna görə də, ölkələrarası münasibətlər ciddi formada zədələnib, xalqların bir-birinə olan etimadı sıfıra enir: 

“Zəngəzur dəhlizi ilə bağlı İranın anlamsız yanaşmaları ciddi problemlər yaradır. Son dönəmlər biz müşahidə edirik ki, rəsmi Tehran 3 ada və digər "qırmızı xətt"lərdən danışaraq Rusiyanı hansısa formada indiki qərarlarından çəkindirməyə çalışır. Bunlar əlbəttə ki, çox təhlükəli və bir o qədər də anlamsız tendensiyalardır”. 

Analitikin fikrincə, İran-Rusiya gərginliyi kəskin konfrantasiya halına çatmayacaq. Çünki hər iki dövlət münasibətlərin normallaşmasının tərəfdarıdır.  

Bu arada İranın Ekspertlər Məclisinin sədr müavini və İran Konstitusiyasının Keşikçilər Şurasının üzvü Ayətullah Əlirza Ərafi Rusiyaya xəbərdarlıq edib. O, qeyd edib ki, dostluq münasibətlərinə baxmayaraq, 3 ada və Zəngəzur dəhlizinin mülkiyyət məsələsi İranın “qırmızı xətt”idir.

Töhfə Səməd

tag: İran, Rusiya, Konstitusiya, Zəngəzur , Ayətullah Əlirza Ərafi ,todaypress.az,

photo