Suriyada son gərginlik: “Rəsmi Moskva bununla Dəməşqə mesajlar verir” – ŞƏRH

Təhlil

10.03.2025 16:50

3058

"Suriyada baş verən silahlı qiyamda briqada generalı Qiyas Süleyman Dallanı Rusiya və İran himayə edə bilər".

Bu fikirləri Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Suriyada hökumət qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları arasında baş verən toqquşmaları TodayPress-ə şərh edərkən bildirib. 

Onun sözlərinə görə, qiyamın Latakiya və Tartus bölgələrində baş verməsi, Suriyaya verilən mesajdır:

"Məlum olduğu kimi bu ərazilərdə Rusiya hərbi bazaları yerləşir. Rəsmi Moskva qiyam fonunda Dəməşqə öz maraqlarını qorumaq üçün mesajlar verir. Rusiya hərbi bazalarını bu ərazilərdə saxlamaq istəyir. İsrail və PKK da proseslərdə iştirak edə bilər. İsrailin məqsədi burada Türkiyəni sıxışdırmaqdır". 

Politoloq Amerikanın qiyamçılara qarşı cəza tədbirləri görülməsini tələb etməsini doğru addım kimi dəyərləndirib.

O, əlavə edib ki, ABŞ regionda sabitlik istəyir. Buna görə də hazırkı etirazlar ABŞ-nin maraqlarına uyğun deyil. 

Qeyd edək ki, martın 6-dan Suriyanın keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları yeni hökümətin təhlükəsizlik əməkdaşlarına qarşı silsilə hücumlar təşkil ediblər.

Suriyanın Müdafiə Nazirliyi martın 10-da Əsədin tərəfdarlarına qarşı hərbi əməliyyatın başa çatdığını elan edib.   

Türkan İsgəndərli

tag: Sədrəddin Soltan ,Suriya,Rusiya,İsrail,Toqquşma,Todaypress.az,

photo