“Simonyanın “quru” bəyanatları yanlız bu halda reallaşacaq” – ŞƏRH

Təhlil

09.09.2024 17:40

Ermənistan parlamentinin sədri Alen Simonyan bir sıra açıqlamaları ilə diqqət çəkib. O, Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyi”nin binasından çıxarılmasının mümkünlüyünə eyham vurub. Eyni zamanda erməni spiker “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılmasının zəruri olduğunu bildirib.  Qeyd edib ki, artıq “ikinci tərəfin səlahiyyəti” yoxdur.  

Politoloq Oqtay Qasımov spikerin bəyanatlarını TodayPress-ə şərh edib.  

Onun sözlərinə görə, bu bəyanatlar əməli addımlarla möhkəmləndirilsə, daha yaxşı olar: 

“Simonyanın separatçılarla bağlı söylədiyi bu fikirlər doğru yanaşmadır. Bundan əvvəl də Simonyan Ermənistanda yanlız bir hökümətin, Ermənistan hökumətinin olduğunu qeyd edərək keçmiş xunta rejiminin fəaliyyət göstərməsinə qarşı çıxdığını bəyan etmişdi. Sadəcə olaraq verilən bəyanatlar əməli addımlarla möhkəmləndirilsə, bu daha yaxşı olar”.

Analitik qeyd edib ki, hələlik Ermənistanda quru bəyanatlar səsləndirilir, heç bir addım atılmır:

“Məhz İrəvanda keçmiş xunta rejiminin nümayəndiliyinin qalması, onların guya mühacir hökumət kimi çıxış etməsi kimi məsələlər Azərbaycanla münasibətlərin normallaşmasına vurulan ciddi zərbələrdir. Təbii ki bu məsələlər Ermənistanın diqqətinə çatdırılır. Ermənistan da bundan nəticə çıxarmalıdır”. 

Eskpert Simonyanın bəyanatlarının yanlız həyata keçirildiyi halda pozitiv sayılmalı olduğunu vurğulayıb. 

Günəş Mərd

tag: Alen Simonyan,Ermənistan,Qarabağ,Oqtay Qasımov,İrəvan,todaypress.az,

photo