Sədrəddin Soltan: “USAID-in hədəfi həbsdə olan erməni separatçılarını azadlığa buraxmaqdır”

Təhlil

08.10.2024 14:25

“USAID-in bu günə qədərki əsas hədəfi "Azərbaycanda insan haqları pozulur" adı altında həbsdə olan erməni separatçılarını azadlığa buraxmaqdır. Bu məqsədlə erməni lobbisi tərəfindən Ağ Evə böyük məbləğdə vəsait ayrıldığı da istisna olunmur. Onların azadlığa buraxmaq istədikləri şəxslər də məhz Azərbaycan torpaqlarında qondarma dövlət yaratmağa cəhd göstəmiş, həmvətənlilərimizi amansızca qətlə yetirmiş olan separatçılardır. Bununla da ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanın qanunlarını pozur və ölkəmizə qarşı saxta ittihamlar irəli sürür”. 

Bunu politoloq Sədrəddin Soltan Milli Məclisin deputatlarının xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəməsi məsələsini TodayPress-ə şərh edərkən deyib.

O, bildirib ki, Azərbaycan Milli Məclisinin üzvlərinin USAID-in layihələrinin dayandırılması ilə bağlı qərarı məqsədəuyğundur. Bu məsələ ABŞ-nin Azərbaycandakı Qeyri Hökumət Təşkilatları (QHT) arasında fəaliyyətinə də çox ciddi zərbə vuracaq. 

“ABŞ prezidenti Cozef Bayden hələ senator olan zaman erməni lobbisinin istəyini yerinə yetirərək 1992-ci ildə Azərbaycana qarşı "...907-ci düzəliş"in layihəsini hazırlayanlardandır. Bu da onu göstərir ki, erməni lobbisinin istəkləri bəzi hallarda ABŞ-nin dövlət maraqlarını üstələyə bilir. Azərbaycanla münasibətləri pisləşərsə, bu,  Ağ Evin Cənubi Qafqazdakı nüfuzuna ciddi zərbə vura bilər” deyə politoloq qeyd edib.

Töhfə Səməd

tag: Sədrəddin Soltan ,ABŞ ,Azərbaycan, USAID ,Ağ Ev ,Bayden ,todaypress.az,