Rusiya Ermənistana "Smerç" raketləri göndərir - Politoloqdan açıqlama

Təhlil

18.09.2024 15:23

“Rusiya Ermənistana silah-sursat tədarükünü bərpa edib. Rusiyanın Ermənistana “Smerç” və digər silahlar göndərməsi, əvvəlki razılaşmalar əsasında həyata keçirilsə də, bu, Kremlin İrəvana jestidir”. 

TodayPress xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə öz “WhatsApp” sosial şəbəkəsində paylaşaraq bildirib. 

O, bildirib ki, Rusiya Ermənistana iqtisadi və hərbi yardımlar etməklə, öz orbitində saxlamağa çalışır:

“Ukrayna münaqişəsi fonunda mərmi və silahlarını İran və Şimali Koreyadan alan Moskvanın Ermənistana hərbi texnika göndərməsi Cənubi Qafqazda mövqeyini qorumaq məqsədi daşıyır. Bununla da Kreml, Azərbaycanla sülhə mane olmağı planlaşdırır”. 

Analitik vurğulayıb ki, hazırda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxınlaşır.

Töhfə Səməd

tag: Ukrayna ,Ermənistan, Moskva, Azərbaycan,todaypress.az,

photo