Rusiya aqressivləşir: Sumıya hücumun cavabı SƏRT OLACAQ – ŞƏRH

Təhlil

14.04.2025 17:45

22

“Sumıya  edilən hücum Rusiyanın aqressivliyinin daha bir göstəricisidir. Rəsmi Moskva bununla beynəlxalq münasibətlər sisteminə hörmətsizliyini bir daha nümayiş etdirdi”. 

Politoloq Zeynal Əmrəliyev bu fikirləri TodayPress-ə danışarkən deyib.

Onun fikirincə, Rusiya bu addımı ilə əsas məqsədinin Ukraynanı kapitulyasiyaya məcbur etmək olduğunu bir daha ortaya qoyub:

“ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyada keçirdiyi görüşlərdə səsləndirilən əsas fikirlər də bununla bağlı idi ki, işğal edilən torpaqların Rusiyada qalması şərti ilə müharibə bitirilə bilər. Bu, konkret olaraq Ukraynanın kapitulyasiyası hesabına başa gələcək addımdır. ABŞ ilə danışıqlardan sonra Rusiyanın aramsız şəkildə Ukraynanı bombalamasının əsas səbəbi də məhz budur. Hadisə ümumilikdə dünya hərb tarixində xoşa gəlməyən hadisədir. Sumıda yaşayan mülki insanların bombalanması da Ukrayna xalqının yaddaşından silinməyəcək”. 

Ekspert bu hadisəni Rusiya dövlətinin adına böyük ləkə adlandırıb. O bildirib ki, bunu edənlər gələcəkdə baş verən hadisələri nəzərə almalıdırlar:

“Bu, Rusiya dövlətini idarə edənlərin önünə böyük məsuliyyət qoyacaq. Həmçinin, hadisə Rusiyanı buna tabe edən Qərbi idarə edənlənin də avtoritarlığını da bir təsdiq etmiş oldu”.

Qeyd edək ki, aprelin 13-də səhər saatlarında Ukraynanın Sumı şəhəri raket hücumuna məruz qalıb. Hücum nəticəsində çox sayda insan ölüb və yaralanıb.     

Qiymət Mahir

tag: Zeynal Əmirəliyev,Politoloq,Ukrayna,Sumı,Rusiya,Todaypress.az,

photo