Ramiz Yunus: “Trampın anti-Ukrayna mövqeyi illüziyaları dağıtdı”
“Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü bir lakmus kağızı kimi Qərbin, xüsusilə də ABŞ-nin post-Sovet məkanında uzun illər boyu suverenlik və ərazi bütövlüyü əsasında təbliğ etdiyi demokratiya dəyərlərinin saxtalığını tam çılpaqlığı ilə üzə çıxartdı”.
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.
“Əgər 1992-ci il oktyabrın 24-də ABŞ Konqresinin 907-ci düzəlişi Azərbaycana qarşı ədalətsiz mövqe tutması və işğalçı Ermənistana dəstək verməsi ilə bir çoxları tərəfindən o qədər də nəzərə çarpmadısa, 2008-ci ilin avqustunda Gürcüstanın, 2014-cü ildə isə Ukraynanın Qərb tərəfindən tərk edilməsi post-Sovet məkanında bir çox insanlarda Avropaya inteqrasiya yolunun düzgünlüyünə dair ciddi şübhələr yaratdı. Son üç ildə ABŞ və Avropanın Ukraynaya qarşı qorxaq və ikiüzlü siyasəti, eləcə də son vaxtlar ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının anti-Ukrayna mövqeyi bu illüziyaların tamamilə dağılmasına səbəb oldu. Məşhur ispan memarı Antonio Qaudi demişkən: “Məyus olmamaq üçün illüziyalar yaratmamaq lazımdır” deyə analitik əlavə edib.
Nicat Osman
tag: Rusiya,Ukrayna,Qərb,ABŞ,Ramiz Yunus,todaypress.az,