Ramiz Yunus: “Ştaynmayerin üzr istəməsi birliyimizi bir daha sübut etdi”
“Almaniya prezidenti Frank-Valter Ştaynmayerin dünənki təxribat xarakterli paylaşımından sonra Azərbaycandan rəsmi şəkildə üzr istəməsi bir daha sübut edir ki, istər hərbi, istərsə də informasiya müstəvisində qarşıya çıxan istənilən təhdidə qarşı Azərbaycan cəmiyyətinin birliyi son dərəcə vacibdir. Biz birlikdə güclüyük”.
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz “Facebook” hesabında yazıb.
Analitik qeyd edib ki, Azərbaycan cəmiyyətinin qəti etirazı Ştaynmayer administrasiyasındakı iki ölkə arasında münasibətləri pozmağa çalışan proerməni təxribatçıları dərhal ayıldıb:
“Hazırkı beynəlxalq qeyri-sabitlik şəraitində Azərbaycan cəmiyyəti istənilən təhdidə çevik reaksiya vermək üçün daxili konsolidasiyanı gücləndirməlidir. Dünyada müşahidə olunan hazırkı qeyri-sabitlik şəraitində, eləcə də Ermənistanın Azərbaycanın bütün tələblərini – o cümlədən Ermənistan Konstitusiyasına dəyişiklikləri qəbul edən sülh sazişini imzalayana qədər, Azərbaycan cəmiyyətinin konsolidasiyası olduqca önəmlidir”.
R.Yunus hesab edir ki, bu konsolidasiya ölkəmizə yönəlik istənilən risk və çağırışa operativ reaksiya vermək baxımından strateji əhəmiyyət daşıyır. Nobel mükafatı laureatı, məşhur fizik Albert Eynşteynin də dediyi kimi:
“İnanmaq inanmamaqdan daha yaxşıdır, çünki inamla hər şey mümkün olur”.
Qiymət Mahir
tag: Ramiz Yunus,Politoloq,Azərbaycan,Almaniya,Todaypress.az,