Ramiz Yunus çağırış etdi: "Bu halda sizinlə Vaşinqtonda, Brüsseldə və Moskvada hesablaşacaqlar"
"Hər bir ölkənin təhlükəsizliyinin qarantları onun Silahlı Qüvvələri, hərbi-sənaye kompleksi, lazım gəldikdə onu yerində müdafiə etməyə hazır olan real müttəfiqləri və güclü ictimai konsolidasiyasıdır. Azərbaycan bunu kifayət qədər yaxşı şəkildə sübut edib".
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz "Facebook" hesabında yazıb.
Analitik bu xüsusda vurğulayıb ki, hazırda Ukraynanın "velosiped icad etməyə" və illüziyalara inanmağa ehtiyacı yoxdur.
"Azərbaycanın təcrübəsini öyrənin: cəmiyyətinizi konsolidasiya edin, Silahlı Qüvvələrinizi gücləndirin, o cümlədən nüvə silahı da daxil olmaqla, hərbi-sənaye kompleksinizi bərpa edin və öz Türkiyənizi, Pakistanınızı və İsrailinizi tapın. Real gücə çevrilin və “danaoluların gətirdiyi hədiyyələrə” inanmağı dayandırın – bax, onda sizinlə Vaşinqtonda, Brüsseldə və Moskvada hesablaşacaqlar. Alman filosofu Fridrix Nitsşenin dediyi kimi: “Bəzən insanlar həqiqəti eşitmək istəmirlər, çünki illüziyalarının məhv olmasını istəmirlər" deyə analitik fikrini yekunlaşdırıb.
Qiymət Mahir
tag: Azərbaycan,Ukrayna,Təhlil,Ramiz Yunus,todaypress.az,