Qərb Belarusu sanksiya yağışına tutdu: Minsk Kremldən üz döndərir? - ŞƏRH

Təhlil

10.08.2024 17:25

“Qərbin iqtisadi sansikayaları məngənəsində qalan Belarusun hansısa bir formada Rusiyanın təsir dairəsindən çıxacağını demək heç də düzgün olmaz”.

Bunu TodayPress-ə danışan politoloq Tural İsmayılov deyib. 

O, Rusiya ilə yaxın münasibətlərə görə Qərdən Belarusa qarşı artan sanksiyalardan söz açıb. Bildirib ki, Rusiya və Belarusun münasibətlərində hər hansı durğunluğun olacağı gözlənilmir. Ən azından Lukaşenkonun hakimiyyətdə olduğu dönəmdə bu proqnozlaşdırılmır. Çünki onlar çox yaxşı başa düşürlər ki, Rusiya ilə uzaqlaşıb Qərb sistemi ilə, xüsusilə də Avropa İttifaqı ilə daha dərindən əlaqələr qurmaq, Avropanın Belarusda ciddi dövlət çevrilişləri cəhdlərinə səbəb ola bilər. Ona görə də Belarus bu təhlükəsizlik məsələlərini də nəzərə alıb, belə riskə getməz:

“Bu gün Belarus Rusiyadan asılı vəziyyətdədir. Bu əlaqələr hər ötən gün daha da inkişaf edir. Əslində bunun belə olmasının digər mühüm səbəbkarı da məhz Qərb özüdür. Çünki Qərb “Maydan” ssenarisini "Minsk" ssenarisi ilə əvəz etmək istəyirdi. Və Belarusu ciddi formada təhrik edirdi ki, ölkə Rusiya ilə münasibətlərində radikal formada soyuqluq yaratsın. Lakin bütün bu cəhdlərə baxmayaraq plan baş tutmadı. Ona görə də indi Qərbin sanksiyalarının heç bir mənası yoxdur”.

Xatırladaq ki, son günlər ABŞ və Böyük Britaniya Belarusa qarşı sanksiyaları genişləndirib. Xüsusilə də Belarusun hərbi sənaye komplekslərinə və ölkənin bəzi cəzaçəkmə koloniyalarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq edilib.

Töhfə Səməd

tag: Belarus, Rusiya, Sanksiya, Qərb, Minsk, todaypress.az,

photo