“Qarabağın işğaldan azad edilməsi, bizə də örnək oldu” - Krım tatar xalqını lideri Azərbaycana təşəkkür etdi
Təhlil
17.09.2024 10:12
“Bu uğur Krım tatar xalqını da torpaqlarını azad etməyə ruhlandırdı”.
Bunu TodayPress-ə açıqlamasında Ukrayna Ali Radasının deputatı, Krım tatarlarının lideri Mustafa Cəmilev bildirdi.
Azərbaycan və Ukrayna arasındakı dostluq münasibətlərindən, əməkdaşlıqdan məmnunluğunu bildirən Mustafa Cəmilev, ölkəmiz tərəfindən edilən humanitar yardımlara görə təşəkkür etdi. 30 ildən sonra Qarbağın işğaldan azad edilməsinin bir çox ölkələrə örnək olduğunu diqqtə çatdırdı:
“Biz İkinci Qarabağ savaşını çox diqqətlə izləyirdik. Azərbaycanın işğal atındakı torpaqlarını azad etməsi, ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi bizim üçün böyük sevinc oldu. 30 ildən sonra ərazilərini azad etməsi ilə bir çox ölkələrə örnək oldu. Bildiyiniz kimi bizim torpaqlar da işğal altındadır. Bu uğur Krım tatar xalqını da torpaqlarını azad etməyə ruhlandırıb”.
Mustafa Cemilevin sözlərinə görə, Azərbaycanın qazandığı Zəfər, bir daha göstərdi ki, işğal neçə il davam etsə də, sonda ədalət daim zəfər çalır.
Namiq HUN
tag: Qarabağ, Azərbaycan, Ukrayna, Mustafa Cəmilev ,Ali Rada, todaypress.az,