Putini kim əvəz edə bilər? Sürpriz namizəd yanlız bu adam olacaq...
“Rusiyanın bütovlükdə hakim elitasında məhşur birinin hakimiyyətə gəlmə şansı yoxdu”.
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bunu TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun üçün çox sayda səbəb və təcrübə var:
“Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə gəlmə təcrübəsindən yanaşsaq, Rusiyada dərin imperial elita daha çox sürpriz, amma kəşfiyyata, xüsusi xidmət orqanına bağlı şəxslərin hakimiyyətə gəlməsinə üstünlük verir. Burda bir neçə nöqtədə həlledici yanaşma var. Rusiya imperiyadır və müxtəlif dönəmlərdə aqressiyanı xarici siyasət xətti kimi seçməlidir. Buna məcburdur. Putin sürpriz kimi meydana çıxdı və heç bir elitaya bağlı olmadan onların əksəriyyətini vahid əldə cəmləşdirdi, digərlərini isə fiziki və ya başqa formada məhv edib oyundan çıxartdı, ölkədən qovdu. Bu siyasəti davam etdirəcək istənilən bir fiqur onu əvəz edə bilər”.
Ekspertin qənaətincə, Putinin varisi nə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, nə də yaxın ətrafıdır:
“Putin Rusiyanın missiya adamıdır və təxminən eyni modeldə birinin hakimiyyətə gəlməsi vacibdir. Yoxsa maraq bölgüsü ilə nə Rusiyanı idarə etmək, nə də Putinin imperiya siyasətini davam etdirmək olar”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, ondan sonra prezident kürsüsündə kimin oturacağı barədə daim fikirləşir.
Qiymət Mahir
tag: Əziz Əlibəyli,Ekspert,Putin,Varis,Todaypress.az,
