Politoloq: “Putin bir şərtlə danışıqlar masasına əyləşəcək”
Təhlil
25.09.2024 14:53
“Rusiyanın Ukrayna ilə bağlı sülh planı yoxdur”.
TodayPress xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz “WhatsApp” sosial şəbəkəsində paylaşaraq bildirib.
Onun sözlərinə görə, Kreml rəhbərliyi yalnız Kiyevin Moskvanın siyasi iradəsinə tabe olmasında israrlıdır.
“Kremlin 2022-ci ilin mart ayında İstanbul razılaşmasına istinad etməsi də manipulyasiyadir. Ukrayna prezidenti Volodimir Zelenskinin "sülh planı" da danışıqları özündə ehtiva etmir. Yalnız güc yolu ilə Vladimir Putinin danışıqlar masasına əyləşməsinə əsaslanır”.
Analitikin qənaətincə, Rusiya-Ukrayna müharibəsində heç bir müsbət proses gözlənilmir.
Töhfə Səməd
tag: Putin ,Ukrayna ,Rusiya ,Prezident ,Zelenski, Sülh ,todaypress.az,