Pezeşkianın Bakı səfərini Zəngəzur dəhlizi ilə nə bağlayır? - Zərdüşt Əlizadə elə faktı açdı ki...

Təhlil

03.04.2025 16:50

1712

“Tehran üçün Zəngəzur dəhlizi mövzusu aktuallığını itirib”.

Politoloq Zərdüşt Əlizadə bunu TodayPress-ə açıqlamasında deyib.

Analitik hesab edir ki, hazırkı siyasi proseslər İranın bu məsələdəki mövqeyinə də təsir edib: 

“Bölgədə baş verən hadisələr, siyasi proseslər İranın Zəngəzurla bağlı ilkin mənasız, hədsiz tərs mövqeyinə təsir göstərib. İran addım-addım həmin yanlış mövqedən geri çəkilməyə meyilli olub. İndi isə həm öz ərazisindən Arazın sağ sahili boyunca dəmir yolu, şose yolu keçirməyə razılıq verib, həm də etirazlarını geri çəkib Azərbaycanla Ermənistan arasında Mehri yolunun açılması ilə bağlı hansısa razılaşma əldə edib. Artıq əvvəlki etiraz səsləri eşidilmir”.   

Z. Əlizadə Tehranın bu mövzudakı səssizliyini Amerika və İsrailin İrana gözlənilən hücumu ilə əlaqələndirib: 

“Hazırda İranın başı dərdədir. Amerika və İsrailin İrana birgə hücumu gözlənilir. Bu səbəbdən Zəngəzur məsələsi hazırda Tehran üçün aktuallığını itirib”.

Qeyd edək ki, aprel ayında İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək. Pezeşkianın səfəri zamanı Zəngəzur dəhlizinin açılması məsələsinin də müzakirə olunması gözlənilir. 

Qiymət Mahir

tag: Zərdüşt Əlizadə,Politoloq,İran,Pezeşkian,Azərbaycan,Səfər,Todaypress.az,

photo