Pentaqonda silkələnmə: “ABŞ belə “alçaldılmağa” dözməyəcək” – ŞƏRH

Təhlil

26.02.2025 15:28

2167

“ABŞ prezidenti Donald Trampın yaxın gələcəkdə Amerika generalları, ordunun hərbi strukturlarının yüksək vəzifəliləri ilə ciddi qarşıdurması yarana bilər. Bu, dünyada zərərli hərəkətlənməyə səbəb olacaq və bütün dövlətlər bundan zərər çəkəcək”.       

Siyasi ekspert Azər Həsrət bunu TodayPress-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin ayrı-ayrı strukturlarında başladılan yoxlamalar nəticə verir. Amma Pentaqon kimi təşkilatda hansısa könüllü hərəkətlər gerçəkləşdirmək asan məsələ deyil:

“İstər Trampın, istərsə də amerikalı sahibkar İlon Maskın istəyi ilə kimsə rahat şəkildə Pentaqonda yoxlama apara bilməyəcək. Pentaqonun işlərinə müdaxilə etmək ABŞ üçün böyük baş ağrılarına səbəb ola bilər”.           

Analitik ABŞ-də başladılan yoxlamaları, dövlət qurumlarının effektivliyinin nəzərdən keçirilməsini Amerika üçün uyğun hesab edir:  

“Lakin elə qurumlar, xidmətlər var ki, onlarda ,o cümlədən də, Pentaqonda yoxlamaları bu səviyyədə tətbiq etmək asan məsələ deyil. ABŞ prezidenti Donald Trampın yaxın gələcəkdə Amerika generalları ilə ciddi qarşıdurması yarana bilər. Belə qarşıdurma isə ona o qədər də yaxşı nəticələr vəd etməyə bilər. ABŞ Pentaqonun belə “aşağılanmasına” dözən deyil. Mümkündür ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və başqa qurumlarla bağlı araşdırmalara da yumşaq, anlayışlı və dözümlü yanaşsınlar”. 

Ekspertin sözlərinə görə, Pentaqonda belə yoxlamaların aparılması, onu silkələmək cəhdləri cavabsız qalmayacaq. 

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə gözlənilməz açıqlama verib. O, bildirib ki, Pentaqonda silkələnmə vaxtıdır. Levitt hərbçilər arasında ABŞ ordusuna inamın aşağı olduğunu vurğulayıb. Bundan öncə isə ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun tutduğu vəzifədən azad edilib. 

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Amerika,Pentaqon,İlon Mask,Azər Həsrət,todaypress.az,

photo