Paşinyanın QAZ XÜLYASI: Azərbaycan qazı Ermənistana ixrac ediləcək? - Açıqlama

Təhlil

18.09.2024 14:42

"Ermənistan əvvəllər də bəyan edib ki, Azərbaycan qazını ala bilər. Hətta İrəvanda Azərbaycan qazının mövcudluğunun prinsipcə əleyhinə deyillər. Amma indiki vəziyyətdə biz onlara qaz sata bilmərik”. 

Bu sözləri TodayPress-ə verdiyi açıqlamada politoloq Əhəd Məmmədli deyib. O, qeyd edib ki, Azərbaycanın şərtləri bəllidir - Ermənistan öz konstitusiyasına düzəlişlər etməlidir:  

“Ermənistan gerbini dəyişməli, qalan 4 kəndimizi geri qaytarmalı, Azərbaycan və Türkiyə ilə bağlı bütün ərazi iddialarından əl çəkməlidir. Bununla bərabər, Naxçıvanla Azərbaycan arasında dəhliz açılmalıdır. Bundan sonra sülh müqaviləsi imzalana bilər. Bunu Azərbaycan dövlət başçısı dəfələrlə bəyan edib. Bütün bu proseslər öz həllini tapdıqdan sonra əlbəttə ki, Azərbaycan qazının Ermənistan ərazisinə ixracı başlaya bilər”. 

Analitikin sözlərinə görə, əgər ortada sülh müqaviləsi yoxdursa, Ermənistan imzalamaq üçün addım atmırsa, niyə Azərbaycan qazı Ermənistan ərazisindən getməlidir? Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirmir, amma artıq qazımızdan, təbii sərvətlərimizdən yararlanmaq istəyir.  Bəlli məsələdir ki, ikili siyasət yürüdərək əsla istədiklərinə nail ola bilməyəcəklər. 

Töhfə Səməd

tag: Azərbaycan, Ermənistan ,Naxçıvan ,Türkiyə ,Qaz ,Konstitusiya ,todaypress.az,

photo