“Paşinyan müharibəyə hazırlıq görür" – SENSASİON ŞƏRH

Təhlil

12.03.2025 18:32

1773

“Ermənistan iki ildir ki, Azərbaycanla şərti sərhəddə mühəndis istehkam işləri aparır”. 

TodayPress xəbər verir ki, bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib. 

Onun sözlərinə görə, Ermənistan Hindistandan aldığı artilleriya sistemlərini Azərbaycanla sərhəddə atəş nöqtələrində yerləşdirib. Ekspert Avropa ittifaqının Ermənistanın hərbi hərəkətliliyinə susqunluq nümayiş etdirdiyini vurğulayıb. 

"Azərbaycan Ermənistanla sərhəddə hər hansı ağır silahlar yerləşdirməyib və hərbi hərəkətlilik də yoxdur. Bunu Ermənistan tərəfi də təsdiq edib. Amma, Ermənistan tərəfi hər keçən gün Azərbaycanla sərhəddə qoşun növlərinin yerdəyişməsini həyata keçirir. Ermənistan Baş naziri Nikol Paşinyan bir tərəfdən sülh müqaviləsinin bağlanması istiqamətində açıqlamalar verir, digər tərəfdən isə müharibəyə hazırlıq görür". 

M.Əsədullazadə Paşinyanın siyasətini bir neçə hissəyə ayırıb:

“Azərbaycanı Zəngəzur dəhlizi planından daşındırmaq; Danışıqlarda üstünlük qazanmaq; Qubadlı və Zəngilandan bir sıra əraziləri nəzarətə almaq; Qarabağdan könüllü gedən ermənilərinin geri qaytarılmasını müzakirə predmetinə çevirmək və Qərbi Azərbaycan məsələsini gündəmdən çıxarmaq. Təbii ki, bütün bunlar xəyal olaraq qalacaq”. 

Ekspert sonda qeyd edib ki, əgər, Ermənistan avantüraya gedib, Azərbaycana qarşı hərbi əməliyyatlara əl atarsa, ərazi itkilərinə məruz qalacaq. 

Türkan İsgəndərli

tag: Məhəmməd Əsədullzadə,Politoloq,Ermənistan,Müharibə,Hazırlıq,Todaypress.az,

photo